14 Yanvar 2015 13:59
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Apple” şirkəti öz telefonlaında maraqlı yeniliyə hazırlaşır. Şirkət unikal texnologiyanı patentləşdirib.

Teleqraf.com xəbər verir ki, bu yenilik sayəsində «Apple»nin telefonları yerə düşəndə pişiklərdə olduğu kimi “pəncələr” üzərinə enəcəklər.

Qeyd edək ki, pişiklərin ən unikal xüsusiyyəti – onların hündürlükdə yerə enən zaman həmişə pəncələri üzərində durmalarıdır.

Bu, onları ağır zədə almaqdan qoruyur. Eyni funksiyanı “Apple” şirkəti də gələcəkdə istehsal edəcəyi smartfon və planşetlərə tətbiq etməyə hazırlaşır. Bu yeni texnologiya smartfonları ekranı üstə yerə düşərək zədələnməsinin qarşısını almağa imkan verəcək. Yeni texnologiyanın əsasında smartfon daxilində quraşdırılan xüsusi sensor durur.

Bu sensor smartfon hələ havada olarkən zərbənin düşəcəyi yeri müəyyən edir və xüsusi prosessora ötürür. Prosessor vəziyyəti analiz edərək smartfonun daha az zədə alan tərəfi üstə düşməsini təmin edəcək. Nəticədə, iPhone-ların ən tez zədələnən – sensor paneli zərər görməyəcək.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər