Amerikalı elm adamları valideynlərlə uşaqlar arasındakı münasibətin maraqlı bir detalını kəşf edib. Belə ki, xüsusən yeniyetməlik və gənclik dövrlərində valideynlərini tez-tez tənqid edən övladlar illər sonra onlar kimi davranır.
Tədqiqat çərçivəsində 27 gənc və onun valideynlərinin davranışları müşahidə edilib. Alimlər nəticəyə gəliblər ki, atasının içki içməsini, siqaretə meylliliyinə neqativ yanaşan gənc oğlanlar onların yaşına çatanda eyni vərdişlərə yiyələnir.
Anasının geyim tərzinin “cansıxıcı” olduğunu, ya da anasının çox deyindiyini düşünüb ona sitəm edən gənc qızlar da 50 yaşı ötəndən sonra eyni xarakterdə olurlar.
Psixoloqlar hesab edir ki, bu məsələdə genlər öz sözünü deyir. Gənclikdəki tənqid və sitəm nitqləri isə bu duruma qarşı şüuraltı mübarizədir. Çox nadir hallarda insanlar valideynlərinin bəyənmədiyi xüsusiyyətlərini təkrarlamır. /musavat.com/