Nyu-Yorkun Con Kennedi aeroportunda heyvanlar üçün terminal olacaq.
Teleqraf.com xəbər verir ki, "Nuhun gəmisi" adlandırılacaq terminalın açılışı 2016-cı ilin əvvəlinə planlaşdırılıb. Terminalın hazırlanmasına 48 milyon dollar vəsait ayrılıb, bura həm ev, həm də təsərrüfat heyvanlarına xidmət göstərəcək. Heyvanlar üçün terminalda rahat uçuş zonası olacaq. Burada heyvanlar oturaq və ya uzanıqlı vəziyyətdə uça bilərlər və içməli su, eləcə də qida ilə təmin ediləcəklər. Bundan əlavə, aeroportda baytar klinikası da fəaliyyət göstərəcək.
Qeyd edək ki, Con Kennedi hava limanı dünyanın ən böyük aeroportlarındandır. Buradan 90-dan çox aviaşirkət istifadə edir.
Rüstəm