Mart ayında 10 gün iş olmayacaq. Martın 8-i (Beynəlxalq qadınlar günü) bazar gününə düşdüyündən martın 9-u (birinci günü) qeyri-iş günü sayılacaq.
Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə 2015-ci ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yerinin dəyişdirilməsi haqqında qərar qəbul edib.
Martın 20-dən 29-dək Azərbaycanda qeyri-iş günü olacaq. Martın 29-u bazar gününə təsadüf etsə də, yaz fəslinin il iş günü olacaq.
Bununla da bu ay istirahət günlərinin sayı 10 gün olacaq.