Amerikanın Miçiqan ştatında yaşayan Pia Farrenkopf adlı qadının öldüyü 5 il sonra məlum olub. 9 bacı-qardaşı olmasına baxmayaraq P.Farrenkopfun ölümündən ötən 5 ildə heç kəsin xəbəri olmayıb.
44 yaşlı qadın zənglərə cavab verməsə də, heç kəs onun başına nə gəldiyi ilə maraqlanmayıb. Mütəxəssislər zamanının çoxunu tək olan qadının bütün borclarının bank hesabından birbaşa ödənildiyi üçün onun başına bir şey gəlməsindən şübhələnməyiblər.
Son zamanlarda bank hesabındakı pul bitdiyi və borcları ödənmədiyi üçün polislər onun evini müsadirə etməyə gediblər. Həqiqət o zaman gün üzünə çıxıb. Qadının mumiyalanmış cəsədi bu günlərdə maşınının içərisində tapılıb.
Qadının üzərində araşdırma aparan həkimlər onun öldüyü maşının içində 7 litr benzin olduğunu, məhz bu səbəbdən öz-özünə mumiyalandığını güman etdiklərini deyiblər. Cəsəd həddən artıq mumiyalandığı üçün onun ölüm səbəbini müəyyənləşdirmək mümkün olmayıb. /musavat.com/