Belarusun Qomel vilayətinin iqtisadi məhkəməsi Türkiyədə yaşayan Azərbaycan vətəndaşına məxsus “Rolls-Royce” avtomobilini müsadirə edib.
Yenisi İstanbulda təxminən 1 milyon dollara satılan avtomobilin sahibi özü Türkiyəyə təyyarə ilə uçub və “Rolls-Royce” avtomobilini isə Rusiyadan nəqletmə şirkəti ilə yola salıb. Avtomobil 19 fevral 2015-ci il tarixdə "Novaya Quta" gömrük məntəqəsinə yük maşının yedəyində daxil olub. Gömrük məntəqəsi avtomobili daşıyan şirkətin CMR qaiməsinin olmadığını əsas gətirərək 30 baza ölçüsü dəyərində jərimə kəsib və avtmobilin müsadirəsi barədə qərar verib.
İş iqtisad məhzkəməsinə verilib. Məhkəmə də Azərbaycan vətəndaşına məxsus “Rolls-Royce”un müsadirə olunması barədə qərarı dəstəkləyib. Sadəcə, nəqliyyat şirkətinin jərimə ilə yanaşı avtombilin dəyəri mislində cəriməni Belarus dövlət büdcəsinə ödənməsini tələb edib. Pul ödənilənə qədər avtomobil Belarusda cərimə meydançasında gözləməlidir.
Nəqliyyat şirkətinin vəkili isə Belarus qanunlarının Azərbaycan vətəndaşına şamil edilmədiyini, buna görə də yuxarı insantsiya məhkəməsinə müraciət edəcəklərini bildirib. (anspress.com)