Facebook sosial şəbəkəsinin yeni funksiyası sayəsində alış-verişləri daha tez etmək mümkün olacaq.
Teleqraf.com xəbər verir ki, FacePay iş prinsipinə görə Facebook Messenger-ə bənzəyir. Proqramda sizin bütün alış tarixini saxlayan bank kartı məlumatları ilə şəxsi hesabınız yaradılır. Bonuslara "indi almaq" funksiyası, reklam və bir klikli digər elanlardan imtina daxildir. Yeni proqramın köməyilə bütün onlayn-alış prosesi asanlaşacaq.
FacePay-in yaradılmasına qədər Facebook bu sosial şəbəkədə satan markalarla münasibətlərini qaydaya salıb. Xüsusi olaraq bunun üçün FacePay-də The Find adlı axtarış sistemi yaradılıb. Bu sistem hər bir istifadəçinin maraqlarına uyğun olaraq, brendlərdən seçimlər edir. Məsələn, əgər istifadəçi hansısa velosiped brendin layk edibsə, ona belə çeşidləri olan mağazalar təklif edilir.
Rüstəm