22 İyun 2015 13:39
5 276
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın tikinti sektorunun oliqarxlarından olan milyarder İqor Neqlyudovun 16 yaşlı nəvəsi Qriqori Mamurinin YouTube-da yayımladığı “Pul hər qapını açar” adılı videolar böyük mübahisəyə yol açıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, pul qarşılığında tanımadığı qadınlara küçənin ortasında soyunmağı və onunla öpüşməyi təklif edən oliqarx nəvəsinin videolarını 1,5 milyon nəfər izləyib. Bəzi ruslar “bax budur bizim acı gerçəyimiz” deyərkən, bəziləri isə Mamurinin ərköyün olduğunu deyib.

Oliqarx nəvəsi Qriqorinin videoları Rusiyadakı “Komsomolskaya Pravda” qəzetinin də diqqətini çəkib. Milyarder İqor Neqlyudovun çevrəsinə çıxışı olan qəzetdə, “Baba İqor çox əsəbidir. Nəvəsinin xalqla necə zarafat etdiyini görüncə daha çox hirslənib. Ciddi tədbir görəcəyini söyləyib. Bəlkə də təhsil aldığı xaricdəki məktəbə geri göndərəcək” fikirləri yer alıb.

16 yaşındakı Qriqori Mamurinin internetdə yayımladığı “Pul hər qapını açar” videosunun ən diqqət çəkən məqamı Moskvanın “Qorki” parkında çekilib. Orta yaşlı bir adama yaxınlaşan Mamurin, “Sizə pul versəm bir stəkan idrarımı(sidiyimi) içməyi qəbul edərsinizmi” deyə soruşur. 10 min rubl (təxminən 250 manat) qarşılığında bu təklifi qəbul edən adamla kənar bir yerə çəkilən Mamurin su stəkanına doldurduğu idrarını həmin insana içirir.

Hadisə qalmaqala səbəb olduğunda açıqlama verən Mamurin, bunun bir görüntü olduğunu deyib.

Ən çox izləyici toplayan ikinci video yenə Moskva küçələrində çəkilib. Gənc bir qıza “Sizə pul versəm, əyninizdə sadəcə alt paltarı qalmaqla soyuna bilərsinizmi” deyə soruşur. Qısa alış-verişdən sonra 15 min rubl (təxminən 350-370 manat) miqdarında təklifi qəbul edən gənc qız həqiqətən soyunaraq 10 saniyə küçədə gəzişir.

İkinci video çəkilişinin sonunda “İndi də gedib dilənçilərin qarnını doyuraq” deyən Mamurin, hətta Rusiyada bahalı olan iki yarım kiloluq bankada qırmızı kürü alır. Qırmızı kürünü qaşıqlayıb yeyən dilənçilər “Qriqori, sən böyük adamsan” deyirlər. Bunun ardınca Mamurin “Gördüyünüz kimi pul hər qapını açır” şərhini verir.

AZAD


Müəllif: