ABŞ prezidenti Barak Obama 2025-ci ilə qədər dünyada ən sürətli superkompüterin yaradılması haqqında sərəncam imzalayıb.
Bu barədə Teleqraf.com BBC-yə istinadən xəbər verir.
Kompüter Çində istehsal olunmuş hazırkı liderdən 20 dəfə sürətli olacaq və saniyədə kvintillion əməliyyat apara bilər.
Yeni superkompüter kompleks simulyasiyalar, elmi hesablamalar və milli təhlükəsizlik sahəsində layihələrin hazırlanması üçün istifadə olunacaq.