21 Avqust 2015 01:52
5 290
12 Punto 14 Punto 16 Punto 18 Punto

Antalyada 64 yaşlı qayınata 35 yaşlı gəlininə təcavüz etməkdə ittiham olunub.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisənin 2012-ci ilin fevral ayında evdə heç kim olmadığı vaxt baş verdiyi iddia edilib. Təcavüzə məruz qaldıqdan sonra hadisəni heç kimə danışmasın deyə gəlini otağa qapayıblar. 35 yaşlı S.Y-nin psixoloji travma aldığı aşkar edilib.

S.Y qayınatasına çay verdikdən sonra təcavüzə məruz qaldığını deyib.

"Məni tutdu. Qaçarkən salondakı kreslonu da sındırdı. Məni yaxaladı və təcavüz etdi".

S.Y.-nin anasının vəziyyəti öyrənməsindən sonra məsələ məhkəməlik olub

Məhkəmə S.Y.-nin psixi sağlamlığı ilə bağlı hesabatı nəzərdən keçirib. 6 ay otağa qapadıldıqdan sonra gəlinin psixi sağlamlığını itirdiyi nəticəsinə gəlinib.

Məhkəmədə müttəhimin vəkili Nuray Sarqın hesabatı araşdırmaq üçün əlavə vaxt tələb edib. Məhkəmə hesabatla bağlı müttəhim vəkilinin müddət tələbini qəbul edərək, iclası təxirə salıb.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər