Türkiyədə əri tərəfindən şiddətə məruz qalan qadın onu bıçaqlayaraq öldürüb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki gün əvvəl həyat yoldaşını tanınmıyacaq hala salan ər 29 yaşlı xanımı Damla.K tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Ticarətlə məşğul olan 33 yaşlı Fikrət.K bilinməyən səbəbdən xanımı Damla ilə mübahisə edib. Daha sonra mübahisə davaya çevrilib və ər xanımını döyüb. Əsəbləşən qadın bir neçə saatdan sonra yatan ərinin başına manqalı vurub. Hirsi soyumayan Damla daha sonra ərinə bir neçə bıçaq zərbəsi vurub.
Daha sonra evdən qaçmağa çalışan Damlanı qaynı saxlayıb və polisə təslim edib.
İki uşaq anası 29 yaşlı Damla.K polisə verdiyi ifadəsində ərinin dəflərlə onu döydüyünü bildirib. Həyat yoldaşının onu öldürməklə də təhdid etdiyini deyib. O, qonşularının da qorxduğu üçün onların dava-dalaşına qarışmadıqlarını və daha dözməyə gücü qalmadığını bildirib. Qonşular ifadələrində qadının əri tərəfindən döyüldüyünü təsdiqləyiblər.
Hakim qarşısına çıxarılan Damla.K sərbəst buraxılıb. Qadının tutuqsuz mühakimə olunmasına qərar verilib.
Rüstəm