Yer kürəsinin sakinləri nadir səma hadisəsinin şahidi olublar – Ay tutulması bötöv Ayla təsadüf edib.
Ayın Yerlə orbitdə ən yaxın olduğu an bütöv Ay müşahidə olunur və həmişəkindən daha böyük görünür.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, Ayı qırmızı rəngə bürüyən Ay tutulması Şimali Amerika, Cənubi Amerika, Qərbi Afrika və Qərbi Avropadan görünüb.
Bu hadisə sonuncu dəfə 1982-ci ildə müşahidə edilib və 2033-cü ilədək bir də olmayacaq.