2 Oktyabr 2015 11:12

“Facebook” istifadəçiləri üçün daha bir yenilik təklif edir.


Publika.az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri profil şəklinin əvəzinə özlərini tanıda biləcəkləri kiçik videolar yerləşdirə biləcəklər.

Bəzi gün və hadisələri qeyd etmək üçün də istifadəçilər profil şəklinin yerinə müvəqqəti belə videolar yerləşdirə bilərlər.

“Facebook”dan verilən açıqlamada yeniliyin bütün istifadəçilərə çatdırılmadan əvvəl İngiltərə və ABŞ-ın Kaliforniya ştatında sınaqdan keçiriləcəyi bildirilir.

Gülxar


Müəllif:
Загрузка...