7 Oktyabr 2015 08:09
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sharp” şirkəti robot formasında hazırlanan "RoBoHoN” smartfon modelini təqdim edib.

Teleqraf.com-un Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, robotun hündürlüyü 19,5 sm, çəkisi 390 qram təşkil edir ki, bu da smartfon üçün çox hesab edilir. Kamera və dinamiklər robotun baş hissəsində, 2 düymlük sensorlu displey isə kürəyində yerləşir. Qurğu “3G” və “LTE” standartlarını dəstəkləyir, eləcə də "Wi-Fi” şəbəkəsinə qoşula bilir. “RoBoHoN” ikinüvəli “Qualcomm Snapdragon 400 MSM8926” prosessoru ilə işləyir.

“Qazeta.ru” yazır ki, telefon funksiyası ilə yanaşı, səs və sifətləri tanıyan robot-smartfon, həmçinin sərbəst şəkildə hərəkət edir, insanı əyləndirir, eləcə də mini-proyektor rolunu oynayır.


Müəllif:

Oxşar xəbərlər