Türkiyənin Adana şəhərində 70 yaşlı kişi 15 yaşlı qızla birlikdə olmaq istədiyi üçün öldürülüb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, evə təmizləməyə gedən qadın 70 yaşlı pensiyaçını öldürdüyü üçün həbs edilib.
Polisin məlumatına görə, hadisə 2015-ci il oktyabr 12-də baş verib. Osman Efeni yoxlamağa gələn yaxınları heç kimin qapını açmadığını görüblər. Yaşlı kişiyə görə narahat olan qohumlar polis çağırıblar. Çağırışa gələn polis qapını açdıqdan sonra Efenin cəsədini tapıb.
İstintaq qrupu Osman Efenin 6 yerdən bıçaqlandığını müəyyən edib.
Polis evdə xadimə işləyən Selma C.-ni saxlayıb. O, polisə verdiyi ifadəsində Osmanın evinə təmizliyə getdiyini bildirib. Bir müddət sonra Efenin ona pul qarşılığında birlikdə olmağı təklif etdiyini deyib. Selma əvvəlcə qəbul etmədiyini sonra isə pula ehtiyacı olduğu üçün razılaşdığını söyləyib.
"Bir gün 15 yaşlı qızımı da götürüb evi təmizləməyə gəldim. Osman qızımı görəndə mənə, "qızını da gətir onunla da birlikdə olmaq istəyirəm" dedi. Mən də onu bu sözlərinə görə acıladım. Amma qızımla birlikdə olmaq üçün israr etdi. Bu təklifə dözmədim. Oktyabrın 12-də təmizliyə gedəndə yenə də qızımla birlikdə olmaq istədiyini deyəndə onu bıçaqladım. Qanlı paltarlarımı evdə çıxarıb, əl-üzümü yudum. Evdən çıxıb qapını bağladım, açarı özümlə götürdüm. Çox peşmanam".
Yaxınları isə evdən 8500 avro pulun itdiyini deyiblər. Polis 8 min 500 avronun oğurlandığını müəyyən edib.
Hakim qarşısına çıxarılan qadın haqqında həbs qərarı çıxarılıb.
Rüstəm