Gözlənilmədən internet hərracını qazanaraq tank almalı olan Bristol şəhərinin sakini 3 otaqlı mənzilindən yeni evə köçməli olub. Jeff Voolmer 7 ton çəkisi olan köhnə Kanada tankına qiymət təklif etdikdən sonra hərrac barədə artıq düşünmədiyini deyir.
“Salam ser, siz indicə tank aldınız” deyə gözlənilmədən gələn telefon xəbərini alana kimi bu iş tamamilə yadımdan çıxmışdı”, - britaniyalı qeyd edir. Cənab Voolmer deyir ki, mənzili ətrafında tankın park edilməsilə bağlı problemlərə görə qarşısında daha böyük yeri olan evə daşınmaq barədə düşünməli oldu.
Avonmouth qəsəbəsindəki Bloodhound Projekt şirkətində mühəndis işləyən britaniyalı Vitham Specialist Vehicles hərrac saytına 9 000 funt sterlinq (14772 AZN) ödədiyini bildirir.
"Mən tanklardan birinə qiymət təklifi etdikdən sonra işdə olarkən telefon zəngi aldım və təbii ki, ofisdə olanların hamısı mənə gülürdü”. Hazırda 75 mm çaplı topla təchiz edilmiş və saatda 80 kilometr sürətlə hərəkət etməyə qadir olan CVRT Scorpiontankını cənab Voolmer-in yeni evinin qarşısında görmək olar.
Bu arada cənab Voolmer-in köçdüyü Bradley Stoke şəhərində "Tank Man" adı ilə tanınır. "Tankın çəkisi 7 tona yaxındır - yəni tank meyarları ilə bu bala tankdır", - Jeff Voolmer deyib.
"Təbii ki silahlar yararsızlaşdırılıb, lakin mən tankı işlək vəziyyətə gətirmək niyyətindəyəm. Onun akkumulyatorları dolan kimi elektrik sisteminin işləyib-işləməyəcyini müəyyən edəcəyik", o deyib.