26 Oktyabr 2015 13:05
1 537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva məhkəməsi öz informatorunu öldürən polis zabitinə hökm oxuyub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hakim Rusiya Daxili İşlər Nazirliyinin Fili-Dabıdkova vilayəti üzrə cinayət axtarış idarəsinin sabiq əməliyyat müvəkkili, polis kapitanı Dmirti Qolandı təqsirli bilərək, onun 10 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb.

Məlumatlara görə, qətl hadisəsi mayın 7-də baş verib. Birlikdə spirtli içki qəbul edən Dmitri və onun informatoru 32 yaşlı Nikita Boqolyubov gəzmək qərarına gəlib. Bir müddət sonra binanın qarşısına yaxınlaşan Dmirti və Nikita bloka daxil olmaq istəyiblər. Bu zaman Dmitri əlində saxladığı silahın tətiyini çəkib. Açılan atəş nəticəsində Nikita yaralanıb. Kapitan dərhal hadisə yerinə təcili tibbi yardım çağırıb. Ancaq Nikitanın həyatını xilas etmək mümkün olmayıb.

İstintaq hadisənin ehtiyatsızlıqdan baş verdiyini bildirib. Bundan başqa, Dmitrinin avtomobilində axtarış zamanı narkotik vasitə və qanunsuz saxladığı tapança aşkar edilib.

Samir


Müəllif:

Oxşar xəbərlər