30 Oktyabr 2015 14:22
1 423
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın paytaxtı Moskva şəhərində dəhşətli və iyrənc cinayət baş verib.

BAKU.WS-in məlumatına görə, hadisə gecə saatlarında törədilib. Naməlum şəxs 27 yaşlı görmə məhdudiyyəti olan qızın evinə girib. Əvvəlcə qızı möhkəm döyüb və zorlayıb. Sonra qızın mobil telefonunu, bank kartını və evin açarlarını götürərək qaçıb. Ağır bədən xəsarətləri alan qız xəstəxanaya yerləşdirilib.

Baş verənlər müşahidə kameralarına düşüb. Kameraya düşən görüntülərə əsasən polis həmin şəxsin kimliyini müəyyən edib və onu saxlayıb. Məlum olub ki, əlil qızı zorlayan kişi sonradan heç nə olmamış kimi evinə dönüb.


Müəllif: