İstabulda boğazı kəsilərək öldürülən taksi sürücüsünün qatili tutulub.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə noyabrın 29-da baş verib.
Polisin verdiyi məlumata görə, bazar günləri sürücülük edərək pul qazanan elektrik Fatih Uçar maşınında boğazı kəsilmiş halda tapılıb. İlk olaraq sürücünün soyulduqdan sonra öldürüldüyü ehtimal edilib. Ancaq avtomobildən heç nəyin oğurlanmaması bu ehtimalı alt-üst edib.
Taksidəki sayğacın 14 TL yazdığını görən polis qatilin yaxın ərazidə avtomobilə mindiyini müəyyənləşdirib. Polis 5 kilometr radiusdakı kamera görüntülərini araşdırmağa başlayıb. Şübhəlinin 27 yaşlı Ömər Geçmən olduğu dəqiqləşib. Əməliyyat keçirən polis şübhəlini kafedə olarkən saxlayıb. Aparılan araşdırmalar nəticəsində cinayətdə istifadə olunan bıçaq ələ keçirilib.
Ömər Geçmən ifadəsində “Taksiyə mindim. Sürücüyə yolu göstərdim. Amma o, yaxın məsafəyə uzaq yolla getməyi üstün tutdu. Əsəbiləşərən bıçağı boğazına dirədim. Başını tərpədəndə bıcağın tiyəsi damarlarını kəsdi” bildirib.
Hazırda faktla bağlı araşdırmalar davam edir.
Ramal