Pekində keçirilən Ümumdünya robototexnika konfransında bu günlərdə insan mimikasına malik olan robot-qız nümayiş etdiriblər.
Yeni yaradılan robot-qız xarici görünüşünə görə insandan demək olar ki seçilmir.
“Geminoid-F” — robot-qız, Osaki Universiteti yanında intellektual robototexnika Laboratoriyasının rəhbəri Hirosi İsiquronun yeni layihəsidir.
Robot cavan yapon qızının surətindədir, o, müstəqil hərəkət edə bilməsə də, danışır və gülümsəyir.
“Geminoid-F” robotu artıq xəstəxanalarda istifadə edilir. Çünki gülərüz və diqqətli robot-dayənin palatada olması pasiyentlərin əhval- ruhiyyəsinə müsbət təsir edir.