SSRİ diktatoru İosif Stalinin sosial şəbəkələrdə paylaşılan videogörüntüsü “facebook”da geniş müzakirələrə yol açıb.
Publika.az-ın məlumatına görə, görüntülərin marağının səbəbi diktatorun onu alqışlayan insanlara qəzəbidir.
Bir çoxları bildirir ki, bu, İosif Stalinin kütləyə qarşı ilk qəzəbidir. O, xalq qarşısında, habelə tədbirlərdəki çıxışlarında adətən imperialistləri, kapitalist dövlətlərinin rəhbərlərini və SSRİ Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlərini, kommunizm ideyalarından “yayınmaqda” günahlandırdığı vəzifəli şəxsləri ittiham edər və onlara əsəbiləşirmiş.
Son vaxtar geniş paylaşılan görüntülərdən aydın olur ki, dünyanın 30 ilə yaxın bir nömrəli kommunisti adlandırılmış Stalin bu dəfə onu alqışlayan və yerlərdən tərifləyən insanlara əsəbiləşir. Diktator bir neçə dəqiqə çıxışını yarımçıq kəsərək, əsəbi halda kütlənin sakitləşməsini gözləyir. Lakin iştirakçıların alqışlarının fasilə vermədiyini gördükdə əlini qaldıraraq, “Yaxşı, bəsdir” – deyir.
Rusiya, Gürcüstan və Ukraynadan olan xeyli sayda sosial şəbəkə istifadəçisi bu görüntüləri paylaşıblar. Onlar arasında Rusiya prezidenti Putini Stalinlə müqayisə edənlər də olub.