Dünyanın ən yaxşı aşbazı Benoit Violier intihar edib.
İsveçrədə “Hotel de Ville” restoranına rəhbərlik edən 44 yaşlı aşbaz özünü güllələyib. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Benoitin cəsədi Lozanna yaxınlığındakı Krisye şəhərində yerləşən şəxsi evində aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, əslən fransız olan Violier Krisyedəki “Hotel de Ville” restoranının baş aşbazı olub. Ötən il bu restoran fransız ekspertlərinin tərtib etdiyi və dünyanın ən yaxşı 1000 restoranının daxil olduğu “La Liste” reytinqində birinci yer tutub.