3 Fevral 2016 08:33
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Panda Security" şirkətinin hesabatında ötən il 304 milyondan çox yeni növ zərərli proqram təminatının yaradılması açıqlanaraq virus yayanların rekorda imza atmaqla bir il ərzində dünyada mövcud ümumi zərərli proqram təminatının dörddə bir hissəsindən (27,63 faiz) çoxunu yaratması qeyd olunub.


"ICTnews" Elektron Xəbər Xidməti "securitylab.ru" resursuna istinadən yazır ki, ötən il "Panda Security" mütəxəssisləri tərəfindən 84 milyon zərərli proqram təminatı nümunəsi aşkarlanıb ki, bu da 2015-ci ildə yaradılan bütün virusların təxminən 28 faizi deməkdir. Müqayisə üçün qeyd edək ki, 2014-cü ildə şirkət əməkdaşları 75 milyon zərərli proqram aşkarlayıblar.

2015-ci ildə ən populyar zərərli proqram təminatı kateqoriyaları troyanlar (aşkar edilən bütün virusların 52 faizi), adi viruslar (23 faiz) və "soxulcanlar" (13 faiz) olub. Ən az yeni növ potensial arzuolunmaz əlavələr (11 faiz) və casus proqram təminatı (2 faiz) aşkarlanıb. Kiberhücumlarda daha çox "CryptoLocker" oğurluq proqram təminatından istifadə olunub.


Viruslar üzrə lider yenidən Çindir. Belə ki, ölkədə kompüterlərin 57 faizi bu və ya digər zərərli proqram təminatı növü ilə yoluxdurulub. Siyahıda, həmçinin Tayvan (49 faiz), Türkiyə (43 faiz), Kolumbiya (33 faiz), Uruqvay (33 faiz) və İspaniya (32 faiz) yer alıb.


Müəllif:

Oxşar xəbərlər