3 Fevral 2016 01:34
3 224
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əxlaqsız videolara görə lisenziyadan məhrum olunan özbəkistanlı müğənni Esmeralda Raxmatova (səhnə adı Tamila) Özbəksitandan Qazaxıstana köçüb.

Teleqraf.com Oxu.Az-a istinadən xəbər verir ki, bundan əvvəl müğənni öz İnstaqram hesabını bağlayıb. “Özbəknavo” estrada birliyi fevralın 2-də müğənninin sosial şəbəkələrdə açıq-saçıq videolarının yayılması ilə əlaqədar onun lisenziyasını geri alıb.

“Müğənni Esmeralda Raxmatova tərəfindən lisenziya razılaşmasının şərtlərinin pozulmasına görə onun lisenziyanın fəaliyyəti dayandırılır”, - deyə, məlumatda deyilir.

Qeyd edək ki, yanvarın 31-də sosial şəbəkələrdə Tamilanın açıq-saçıq görüntüləri yayılıb. Videonun birində üzü göstərilməyən kişi ondan estrada karyerasına başlamazdan əvvəl nə ilə məşğul olduğunu soruşur. Müğənni isə cavabında şalvarını çıxarır.

İkinci videoda Tamila küçədə lüt gəzir.


Müəllif:

Oxşar xəbərlər