Birləşmiş Ərəb Əmirliyi ABŞ alimlərilə birlikdə süni dağ layihəsi üzərində çalışır. Teleqraf.com CNN-ə istinadən xəbər verir ki, layihənin əsas məqsədi daha çox yağıntı əldə etməkdir.
Süni adalar və göydələnlərilə rekordlara imza atan Dubay əmirliyi daha çox yağış yağmasını təmin etmək üçün süni dağlar yaratmaq qərarına gəlib. ABŞ-ın “National Center for Atmospheric Research” və “University Corporation for Atmospheric Research” layihə üzərində araşdırma aparırlar.
Şəhər rəhbərliyi tələb olunan maliyyənin həcmini nəzərə alaraq layihə barədə qərar qəbul edəcək.
Ayxan