Uelsdəki Great Orme parkında yerləşən bir milyon funt (təxminən 1 milyon 460 min dollar) dəyəri olan ferma illik 1 funta (1 dollar 46 sent) kiraəyə verilir.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, kirayənişin isə fermadakı çoxlu qoyuna və fermaya baxmalıdır.
Llandudno şəhəri yaxınlığında yerləşən fermanın açarını Milli Fond təklif edir. Keçən il fond ərazinin qorunmasına başlayıb, indi isə ümid edir ki, kimsə onun bərpasına kömək edəcək.
Burada nadir heyvan və bitki növləri var. Təşkilatın bildirdiyinə görə onlardan bıziləri dünyanın başqa heç yerində yoxdur. Bu sahil bölgəsinin bəzi xüsusi ehtiyacları olduğuna görə, bəzi müasir əkinçilik metodları mümkün olmaya bilər, fond bildirib.
“Biz xüsusi otsalma rejimini həyata keçirməyəcəyimiz təqdirdə buranın bərpası mümkün olmayacaq,” təşkilatın meneceri William Greenwood deyir.
Qoyunların qeyri ənənəvi otarılması metodu çətin relyefdə uzun müddət çobanlıq zərurəti yarada bilər.
Cənab Greenwood əlavə edib ki, onlar hazırda təbiəti qorumağa və sağlam qida hazırlamağa hazır kirayəçi axtarırlar. Yeni kirayəçinin sentyabr ayınadək tapılacağı ümid edilir.