27 May 2016 22:53
535
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanında heyvanla şəkil şəkil çəkdirmək qadağan olunub. Teleqraf.com xəbər verir ki, Səudiyyə Ərəbistanının dini lideri Şeyx Salih El Favzan insanların, xüsusilə də, pişiklə selfi çəkdirmələrinə qarşı çıxıb.

Bir müddət öncə şahmatın qumar olduğunu bildirən Şeyx Salih indi də heyvanlarla şəkil çəkdirilməsini pisləyən fətva verib.

Səudiyyə Ərəbistanın Ali Dini Şurasının üzvü olan Şeyx Salih heyvanla şəkil çəkdirilməsinin Qərb dəyərləri olduğunu bildirib.

"Bunu dəb üçün edirlər. Ehtiyac olmadığı halda heyvanlarla şəkil çəkdirmək günahdır", deyə şeyx bildirib.

Ayxan


Müəllif: