ABŞ-ın Massaçusetts şəhərində yaşayan 6 yaşlı Robbie Riçardson qırmızı işıqda yolu keçən atasından polisə şikayət etdi.
Teleqraf.com xəbər verir ki, maşını yumağa gedərkən atası yolu qırmızı işıqda keçib. Uşaq buna etiraz etdikdə atası "əgər qarşı tərəfdən gələn yoxdursa yolu qırmızı işıqda keçmək olar" cavabını verib.
Buna inanmayan balaca evə gələndən sonra "911"ə zəng edib. Polis evə gələrək ataya cərimə yazıb. Robbie Riçardson mətbuata açıqlamasında böyüyəndə polis olmaq istədiyini bildirib.
Ayxan