Bunu Trend-ə Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin üzvü, Türkiyə Böyük Millət Məclisinin deputatı Suat Önal deyib.
Onun sözlərinə görə, Türkiyə qərarı siyasi hesab edir və vaxt keçdikdən sonra AŞPA öz səhvini başa düşəcək: "Türkiyə bir müddət əvvəl hərbi çevriliş cəhdinə məruz qalıb, terrorçuluqla aktiv şəkildə mübarizə aparır və çevriliş cəhdindən sonra demokratik strukturların normal işləməsi üçün bütün səyləri göstərir. Bu kontekstdə AŞPA-nın qərarı düzgün deyil".
Deputat hesab edir ki, AŞPA-nın Türkiyə üzrə məruzəçiləri tərəfsiz olmayıb.
Qeyd edək ki, ötən gün AŞ PA-da böyük əksəriyyət Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi proseduruna qaytarılmasına səs verib.
Qətnamədə deyilir ki, Assambleya Türkiyədəki hadisələrin monitorinqini möhkəmləndirmək və fəallaşdırmaq niyyətindədir.