27 Aprel 2017 10:41
5 659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri, 1993-cü ilin yayında Gəncədə baş qaldıran silahlı qiyamın dəstəkçilərindən olan Nemət Pənahlı özünün Feysbuk səhifəsində guya mərhum prezident Əbülfəz Elçibəyin SSRİ KQB-si qarşısında öhdəlik götürməsinə dair sənəd yayıb.

Teleqraf.com xəbər verir ki, Nemət Pənahlının guya Əbülfəz Elçibəy tərəfindən yazıldığını iddia etdiyi sənədin mətnini təqdim edirik:

“Mən bütün səhvlərim haqda istintaq zamanı məlumat vermişəm. Xahiş edirəm ki, özümü doğrultmaq üçün mənə güzəştə gedib, imkan yaradasınız. Söz verirəm ki, bundan sonra hər yerdə dövlət və partiyanın leninçi siyasi xəttini ardıcıl müdafiə edib onun həyata keçirilməsinə səylə çalışacağam. Xahiş edirəm ki, qanun daxilində mənim Sov.İKP sıralarında qalmağıma kömək göstərəsiniz”.

Qeyd edək ki, Nemət Pənahlı bu fikirlərin Əbülfəz Elçibəy tərəfindən 06.02.1975-ci ildə yazıldığını iddia edib.

Cavad


Müəllif:

Oxşar xəbərlər