Teleqraf.com Ria Novosti agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı liderlər regional təhlükəsizlik və Şimali Koreyanın ballistik raket sınaqlarını müzakirə ediblər.
Məlumatlara görə, telefon danışığı Trampın xoşuna gəlib və o, Duterte ilə görüşə razılıq verib.
Qeyd edək ki, bundan öncə Duterte yerli telekanallardan birində çıxışı zamanı Trampı dəstəklədiyini bildirmişdi.
Samir