Teleqraf.com Kremlin rəsmi saytına istinadla xəbər verir ki, təbrik məktubunda müharibənin sınağında yaranan dostluq və qarşılıqlı yardım ənənəsinin regional sabitliyin və təhlükəsizliyin təmin olunmasında etibarlıq zəmin olacağı vurğulanır:
"Qələbə Günü - vətənin və bütün bəşəriyyətin faşizmdən qorunması naminə cəbhədə çiyin-çiyinə döyüşmüş ata və babalarımızın misilsiz qəhrəmanlığının simvoludur.
Bu xilaskar döyüşçülərə ən böyük hörmət tarixin saxtalaşdırılmasına, faşizm və nasizm ideyasına haqq qazandırılmasına qarşı birgə mübarizə sayəsində mümkündür.
Müharibənin sınağında yaranan dostluq və qarşılıqlı yardım ənənəsi ölkələrimiz arasında qarşılıqlı fəaliyyətində, regional sabitliyin və təhlükəsizliyin təmin olunmasında etibarlıq zəmin olacaq".
Samir