8 May 2017 18:20
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının ofisində Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzində təmsil olunan partiyaların toplantısı keçirilib.

ADP sədri Sərdar Cəlaloğlu Teleqraf.com-a deyib ki, toplantıda bir neçə məsələ müzakirə edilib:

“Əsasən, ölkə və onun ətrafında baş verən mühüm məsələləri müzakirə etdik. Eyni zamanda ötən gün Azərbaycan hüquq mühafizə orqanlarının birgə verdiyi bəyanat, bir sıra hərbi qulluqçu və mülkü vətəndaşların düşmən tərəfindən ələ alınmasına dair məsələ haqqında da fikir mübadiləsi aparıldı”.

ADP sədri qeyd edib ki, Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzinin yaxın dövr üçün xüsusi tədbirləri nəzərdə tutulmur.

Cavad


Müəllif:

Oxşar xəbərlər