16 May 2017 13:43
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvi məsələsini Rusiya Dövlət Dumasının sədri ilə müzakirə edəcək.

Teleqraf.com-un məlumatına görə, bu barədə O. Əsədov Milli Məclisin bu gün keçirilən iclasında bildirib.

Spiker qeyd edib ki, Federasiya Şurasının sədri ilə də məsələni müzakirə edəcək: “Bununla yanaşı, artıq məktublar hazırlamışıq və bizim Rusiya ilə İşçi qrupunun adından o ölkənin müvafiq orqanlarına, o cümlədən Dumaya məktub ünvanlayırıq. Cavablarından asılı olaraq növbəti addımları atacağıq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər