23 May 2017 13:46
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Rusiya Ali Məhkəməsinin mayın 15-də Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvinə dair qərarını ciddi narazılıqla qarşılayıb.

Teleqraf.com-un məlumatına görə, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və İstanbul Türkiyə Azərbaycan Kültür və Dayanışma Dərnəyi (İSTAD) bəyanat yayaraq Ali Məhkəmənin qərarını qınayıblar.

Bölgədə Rusiya, Azərbaycan və Türkiyə arasında hər zaman həmrəyliyin olduğunu və hazırda da bu münasibətlərin davam etdiyini diqqətə çatdıran diaspor nümayəndələri vurğulayır ki, Azərbaycan dövləti regionda Rusiyanın strateji maraqlarını daim nəzərə alıb, beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq münasibətlərinin inkişafına dəstək göstərib.

Bəyanatında daha sonra deyilir ki, iki dövlət arasında tarixə söykənən dostluq münasibətlərini daha da inkişaf etdirmək yerinə azərbaycanlıların birlik və həmrəylik təşkilatı olan Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi qəbulolunmazdır.

“Verilmiş qərarın yanlış olduğuna inanır və Rusiya tərəfinin tezliklə ÜAK-ın qeydiyyat məsələsi ilə bağlı ədalətli addım atmasını tələb edirik”, – bəyanatda vurğulanır.


Müəllif: Səxavət

Oxşar xəbərlər