31 May 2017 13:06
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya və Fransa başda olmaqla bəzi Alyans ölkələri növbəti NATO zirvəsinin İstanbulda keçirilməsinə qarşı çıxıb.

Teleqraf.com Almaniyanın "Die Velt" nəşrinə istinadla xəbər verir ki, bu məsələ Berlin və Ankara arasındakı mövcud gərginliyi daha da gərginləşdirəcək:

"Almaniya, Fransa, Danimarka, Hollandiya və Kanada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu təklifinə qarşı çıxıblar. Son qərar bu ilin iyununda Brüsseldə keçiriləcək NATO-nun müdafiə nazirlərinin görüşündə veriləcək".

Qeyd edək ki, Türkiyə 24-25 mayda Brüsseldə təşkil olunan NATO-nun zirvə toplantısında növbəti iclasın 2018-ci ildə İstanbulda keçirilməsini təklif etmişdi.


Müəllif: Samir

Oxşar xəbərlər