Teleqraf.com-un məlumatına görə, bunu bu gün Bakıda Amerika Birləşmiş Ştatları dövlət katibinin köməkçisinin enerji diplomatiyası üzrə müavini Robin Danniqan deyib.
Onun sözlərinə görə, görüşdə tərəflər bütün istiqamətlərdə əməkdaşlığı müzakirə ediblər.
R.Danniqan qeyd edib ki, "Cənub Qaz Dəhlizi" kimi belə böyük layihənin həyata keçirilməsi üçün çoxlu ölkə və tərəfdaşları cəlb etməklə açıq dialoq vacibdir: "Bu layihə Avropanın enerji resurslarının diversifikasiyasında böyük rol oynayır".