Teleqraf.com xəbər verir ki, bu iddia ilə "Haber7" saytı çıxış edib.
Sayt iddia edir ki, son zamanlar tvitterdə miqrantlarla yerli əhalinin qarşıdurmasını körükləyən mesajlar çoxalıb. Gizli proyektin arxasında Fateh Universitetinin sabiq rektoru, FETÖ-çü Şərif Əli Təkalanın dayandığı ehtimal olunur. Proyekti Suriya prezidenti Bəşər Əsədə yaxın qüvvələrin maliyyələşdirdiyi deyilir.
Türkiyənin hüquq-mühafizə orqanları miqrantlara qarşı kampaniyanı zərərsizləşdirmək üçün təlimat verib.
Qeyd edək ki, son zamanlar yerli əhalini təmsil edən gənclərlə gəlmə ərəblər arasında gərginlik müşahidə olunur.
15 iyul 2016-cı il çevriliş cəhdi ərəfəsində də suriyalı qaçqınlara vətəndaşlıq verilməsi əleyhinə fasiləsiz kampaniya başladılmışdı.