XİN-dən Teleqraf.com-a verilən məlumata görə, görüşdə E.Məmmədyarov M.Mardın fəaliyyəti müddətində Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafına verdiyi töhfələrinin yüksək qiymətləndirildiyini bildirib.
M.Mard fəaliyyəti dövründə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın irəlilədilməsi üçün səylərini əsirgəmədiyini diqqətə çatdırıb.