24 İyul 2017 13:46
745

Macarıstanda rəsmi səfərdə olan Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov macarıstanlı həmkarı Peter Siyarto ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, E.Məmmədyarov P.Siyarto ilə görüşü həm təkbətək, həm də geniş tərkibdə keçirib.

Görüşlərdə tərəflər ikitərəfli münasibətlərin inkişaf perspektivləri, ticarət əlaqələrinin genişləndirilməsi, habelə Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin payızında Macarıstana planlaşdırılan səfərinə hazırlığı müzakirə ediblər.


Müəllif: Teleqraf.com