4 Avqust 2017 17:05
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Senatı Prezident Donald Trampın qanunvericiliyə təklif etdiyi qanun layihələrini təsdiq etmədən tətilə çıxıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla da Senat Prezident Trampın razı qalmadığı səlahiyyətli şəxsləri vəzifədən çıxarması və ya onların yerinə yeni təyinatlar etməsinin qarşısını kəsmiş olub.

Xəbərdə qeyd edilir ki, normal şəraitdə Senat avqustun ortaları və ya sentyabrda tətilə çıxırmış.

Görünən budur ki, Senat tətilə çıxmaqla həm də Prezident Trampın məmnun qalmadığı Ədliyyə naziri Jeff Sessionsu dəyişdirilməsini bloklayıb.

Qeyd edək ki, prezident bu yaxınlarda Rusiya-Tramp əlaqələrini araşdırma işində səlahiyyətlərindən istifadə etmədiyi üçün Ədliyyə naziri Jeff Sessionsu ciddi tənqid etmişdi.

Bu, Senatın tətilə çıxmaqla prezidentin fəaliyyətini müəyyən qədər məhdudlaşdıran ilk addımı deyil. Demokrat və Respublikaçı senatorlar birlikdə Prezident Trampın Rusiya ilə əlaqələrini araşdıran xüsusi prokuror Robetr Müllerin məhkəmə nəzarəti olmadan vəzifədən alınmasını qeyri-mümkün hala gətirən iki qanun təklifi ilə çıxış edib.

Respublikaçıların Nümayəndələr Palatasında və Senatda çoxluq təşkil etməsinə baxmayaraq, Prezident Tramp dövlət başçısı olduğu 7 ay müddətində xüsusi əhəmiyyət daşıyan heç bir qanunu Konqresdən keçirə bilməyib.


Müəllif: Cavad

Oxşar xəbərlər