5 Avqust 2017 13:37
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Tehranda İran Prezidenti Həsən Ruhaninin inauqurasiya mərasimi baş tutacaq.

Teleqraf.com xəbər verir ki, andiçmə mərasiminə Azərbaycandan Milli Məclisin spikeri Oqtay Əsədovun rəhbərlik edəcəyi nümayəndə heyəti qatılır.

Məlumata görə, Cənubi Qafqaz ölkələrindən yalnız Ermənistan Həsən Ruhaninin inauqurasiya mərasimində dövlət başçısı səviyyəsində təmsil olunacaq.

92 xarici ölkənin nümayəndə heyətinin, o cümlədən 8 prezident, 19 parlament spikeri, 11 xarici işlər naziri, 35 prezidentin xüsusi nümayəndəsinin iştirak edəcəyi nəzərdə tutulub.

İranın yeni hökumətinə 1990-cı illərdə xarici işlər nazirinin müavini, İranın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçi olan Mahmud Vaezinin rəhbərlik edəcəyi gözlənilir.

Xatırladaq ki, 68 yaşlı Həsən Ruhani ikinci müddətə İran prezidenti seçilib. Prezident seçkiləri mayın 19-da keçirilib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər