6 Avqust 2017 15:51
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya xarici işlər naziri Sergey Lavrovla müzakirələr aparıb.

Teleqraf.com xəbər verir ki, nazirlər Cənubi Şərqi Asiya Ölkələr Birliyinin xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün getdikləri Filippinin paytaxtı Maniloda görüşüb.

Mövlud Çavuşoğlu deyib ki, rusiyalı həmkarı ilə Suriya prosesini qiymətləndirib: “Yaxın günlərdə Astana toplantısı olacaq, bu toplanyının hazırlıqları ilə bağlı fikir mübadiləsi apardıq. Eləcədə viza mövzusunu qiymətləndirdik. Eyni zamanda iqtisadi əlaqələr mövzusunu diqqətə aldıq. Faydalı bir görüş oldu”.

Mövlud Çavuşoğlu daha sonra deyib ki, axşam saatlarında ABŞ dövlət katibi Tillersonla qısa bir görüşləri olacaq: “Bildirim ki, belə toplantılar bir çox nazirlərlə ikitərəfli danışıqlar aparmaq üçün əhəmiyyətli bir fürsətdir”.


Müəllif: Cavad

Oxşar xəbərlər