11 Avqust 2017 11:29
1 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələnilki prezident seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyası proqram hazırlayır. Hazırda biz bu proqramı İdarə Heyətinin təsdiqinə təqdim edəcəyik.

Teleqraf.com xəbər verir ki, bu fikirləri hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə bağlı təmsil olunduğu partiyanın hazırlıqları barədə danışarkən deyib.

Onun sözlərinə görə, məntəqə, dairə seçki komissiyalarında məşvərətçi səs hüquqlu üzvlər, müşahidəçilər, imza toplayacaq şəxslər, təbliğat materiallarının açılması, yapışdırılması, çatdırılması ilə məşğul olan şəxslərin hər biri proqram əsasında seçilir: “Seçkilərə start verilənə kimi biz bu işləri bitirməliyik. Ona görə də ikinci mərhələdə partiya qarşısında duran çox böyük işlər var.

Sentyabrdan etibarən seçkilərə qədər çox aktiv və gərgin şəkildə bu işlər öz həllini tapmalıdır”.

Yeni Azərbaycan Partiyasının 84 rayon və şəhər təşkilatı olduğunu deyən Siyavuş Novruzov artıq 63-də hesabat seçki konfranslarının keçirildiyini qeyd edib: “21 təşkilatımızda bu konfransların keçirilməsinə hazırlıq gedir. 11 rayonda təşkilat sədrləri dəyişib və tərkibdə dəyişikliklər davam edir. Biz bütün bu strukturu gələnilki seçkiyə hazırlayırıq. Tam hazır olduqdan sonra partiyanın rəhbər orqanı namizədliyin irəli sürülməsi barədə qərar qəbul edəcək.

Onu da qeyd edim ki, partiyanın rəhbər orqanı da qurultaydır. Gələnilki seçki və növbəti qurultayla bağlı da partiyanın hələ ki, qərarı yoxdur. Nizamnaməmizə görə, qurultay ya sədr, ya Siyasi Şura, ya da üzvlərin üçdə iki hissəsi tərəfindən çağırıla bilər.

Qurultay çağırılan zaman namizəd irəli sürüləcək, partiya da işini buna uyğun davam etdirəcək”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər