Boliviya Çoxmillətli Dövlətinin xarici işlər naziri Fernando Uanakuni Mamani avqustun 18-də Azərbaycanda rəsmi səfərdə olacaq.
XİN-dən Teleqraf.com-a verilən məlumata görə, səfər çərçivəsində nazir Fernando Uanakuni Mamani baş naziri Artur Rasi-zadə tərəfindən qəbul olunacaq, xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək. Nazirlər Azərbaycan hökuməti və Boliviya Çoxmillətli Dövləti hökuməti arasında diplomatik və rəsmi/xidməti pasportlara malik şəxslərin vizadan azad edilməsi barəsində saziş imzalayacaqlar.