Fransa Milli Assambleyasının (parlament) deputatı Aleksis Korber ölkə Prezidenti Emmanuel Makronun müşaviri İsmael Emilenin əvvəllər Venesuela Prezidenti Nikolas Maduro ilə birgə çalışdığını bildirib.
Teleqraf.com-un məlumatına görə, Emmanuel Makron avqustun 29-da bəyan edib ki, Venesuelada diktatura mövcuddur, o, humanitar böhran hesabına yaşamaq istəyir.
“Əgər Venesuelada diktatura mövcuddursa, onu yaradan insanın adı İsmael Emilendir – Emmanuel Makronun xüsusi müşaviri”, - deyə Korber “Radio Classique”nin efirində bildirib.
Onun sözlərinə görə, Emilen 2013-cü ildə Venesuelada keçirilən prezident seçkiləri zamanı “Euro RSGG” agentliyinin əməkdaşı kimi Nikolas Maduronun ictimaiyyətlə əlaqələrinə məsul şəxs olub.
Qeyd edək ki, bu ilin aprelindən Venesuelada başlayan kütləvi etiraz aksiyaları nəticəsində 120 nəfərdən çox insan həlak olub.