İran prezidenti Həsən Ruhani türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı türk millətinin mübarək Qurban bayramını təbrik edib, Türkiyə ilə əlaqələrin inkişafında yeni qurulmuş 12-ci hökumətin maraqlı olduğunu bildirib.
Teleqraf.com İRNA agentliyinə istinadla xəbər verir ki, Həsən Ruhani son aylar iki ölkə arasında qarşılılıqlı əlaqələrin irəlilədiyini müsbət yöndə vurğulayıb: "Münasibətlərimizdə fundamental dəyişikliyə və dinamikiyə şahid oluruq. İki ölkə arasında əməkdaşlığı genişləndirərək əlaqələrin inişafını sürətləndirə bilərik. Bu gün iki dövlət bölgənin sabitliyi və təhlüksizliyi üçün həmişəkindən daha artıq rol oynamalıdır".
İraq və Suriyada təhülkəsizliyin tam olaraq qorunub saxlanmadığına diqqət çəkən İran prezidenti bildirib ki, İran və Türkiyə bölgənin iki qüdrətli dövləti olaraq bu coğrafiyada sabitlik və təhlükəsizlik üçün əlindən gələn hər şeyi etməlidir.
Qeyd edək ki, iki ölkənin prezidentlərinin telefon danışığı dünən baş tutub.