5 Sentyabr 2017 19:17
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevsentyabrın 5-də Gürcüstanın xarici işlər naziri Mixeil Canelidzeni qəbul edib.

Teleqraf.com xəbər verir ki, dövlət başçısı Azərbaycan-Türkiyə-Gürcüstan xarici işlər nazirlərinin Bakıda keçiriləcək üçtərəfli görüşünə toxunaraq bu tədbiri əməkdaşlığın mühüm formatı kimi dəyərləndirib və bunu ölkələrimizin regional əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət etdiyini deyib. Azərbaycan Prezidenti bu formatın həm üçtərəfli, həm də ikitərəfli məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirib. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan-Gürcüstan ikitərəfli münasibətləri uğurla inkişaf edir, bütün istiqamətlərdə yaxşı nəticələr əldə edilib. Dövlət başçısı ümumilikdə əlaqələrimizin inkişaf dinamikasının razılıq doğurduğunu və bir sıra mühüm sahələrdə əməkdaşlığımızın genişləndiyini vurğulayıb.

Gürcüstanın Baş nazirinin müavini-xarici işlər naziri Mixeil Canelidze, ilk növbədə, ölkəsindəki meşə yanğınları zamanı Azərbaycanın göstərdiyi köməyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib və bunun ölkəsi üçün çox böyük dəstək olduğunu deyib. İkitərəfli əlaqələrin fəal surətdə inkişaf etdiyini vurğulayan Mixeil Canelidze ticarət dövriyyəsinin, iqtisadi sahədə əməkdaşlığın genişlənməsinin bunun yaxşı göstəricisi olduğunu bildirib. Gürcüstanda strateji nəqliyyat layihələri üzrə mühüm işlərin görüldüyünü deyən nazir Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin bu il başa çatdırılacağına ümidvar olduğunu bildirib.

Görüşdə ölkələrimiz arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər