Bir daha bəyan edirik ki, Türkiyə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir və bundan sonra da dəstəkləyəcək.
Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 6-cı görüşündən sonra mətbuat konfransında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O, üç ölkənin XİN rəhbərlərinin 6-cı toplantısının Bakıda keçirilməsinə görə şad olduğunu bildirib:
“Ötən gün prezident İlham Əliyevlə görüşümüz zamanı ikitərəfli və regional məsələləri müzakirə etdik. Bu görüşlər sadəcə üç ölkənin deyil, bütün Avropanın enerji təhülkəsliyi ilə baxımından da önəmlidir. Hazırda Qarsdan Tiflisə qədər olan ərazidə Bakı-Tbilisi-Qars yolunda sınaq həyata keçiririk. Bu hissədə test bitdikdən sonra Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin nə vaxt açılacağına dair konkret tarix bəlli olacaq. Üçtərəfli görüş zamanı müdafiə, iqtisadi və digər sahələrdə də üçtərəfli münasibətlər ətrafında da fikir mübadiləsi apardıq”.