Bu gün Yasamal rayonundakı "Məhsul" stadionunda müxalif qurum olan Milli Şuranın mitinqi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiyada iştirakçıların sayca az olduğu bildirilir.
Aksiyada Azərbaycanla yanaşı başqa ölkələrin bayraqları, radikal dindarların fotoları, onlara dəstək şüarları yazılmış lövhələr qaldırılıb.
Saat 15:00-da başlayan mitinq saat 17:00-da başa çatıb.